Miller: İrandakı hadisələr Məhsanın ölümü ilə əlaqəli deyil

Miller: İrandakı hadisələr Məhsanın ölümü ilə əlaqəli deyil
Yayınlanma tarixi: 11.10.2022 13:01:38

Britaniyalı sosioloq hesab edir ki, son zamanlar İranda baş verən hadisələrin arxasında dünyada iğtişaşlar törətmək və siyasi sistemləri devirmək keçmişi olan və öz maraqları naminə insanların hisslərini qızışdıran xarici təşkilatlar var.

İslamazeri.com xəbər verir ki, "David Miller" İRNA-ya verdiyi müsahibədə bu barədə danışıb.

 "Məncə, burada əsas məqam nümayişlərin Məhsa Əmini adlı kürd qızın ölümü ilə bağlı yanlış məlumatlarla əlaqələndirilməsidir. İddiaya görə, o, polis maşınında döyülərkən başına dəyən zərbə nəticəsində dünyasını dəyişib. Amma mənim fikrimcə, bu məsələlərin bir-biri ilə əlaqəsi yoxdur və bu hadisələr əvvəlcədən planlaşdırılmışdı və geosiyasi maraqları olan ABŞ, sionistlər və Xalq Mücahidləri kimi qruplaşmalar tərəfindən təşkil edilib.", -deyə ingilis sosioloq bildirib.

Miller deyib: "Əgər bu nümayişlər qadın hüquqlarına görə və ya məcburi hicaba qarşı bir reaksiya olsaydı, polis qüvvələrinin öldürülməsinə, ictimai əmlakın dağıdılmasına və SEPAH-a qarşı təşkil edilmiş hücumlara səbəb olmazdı. Lakin məncə, bu hadisələr qadın hüquqları ilə bağlı deyil, terror birləşmələrini dəstəkləyən xarici qurumların uydurmasıdır".

GÜNÜN MANŞETLERİ