Məşhur meyxanaçı qətl törədib

Məşhur meyxanaçı qətl törədib
Yayınlanma tarixi: 9.11.2022 10:18:13

Rəşad Dağlı kimi tanınan məşhur meyxanaçı qonşusunu qətlə yetirib.

İslamazeri.com xəbər verir ki, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev gecə saatlarında 1984-cü il təvəllüdlü Rəşad Əmirova (Rəşad Dağlı) zəng edib və mübahisə edib. 

Mübahisə zamanı o, R.Dağlıya ağır söyüşlər söyüb və təhqir edib. 

R.Dağlı söyüş və təhqirlərə dözməyərək, İ.Mehdiyevdən ünvan soruşaraq ora gedib. Telefonda yaranan mübahisə üzbəüz davam edib və nəticədə R.Dağlı İ.Mehdiyevə bıçaq zərbəsi vuraraq öldürüb. 

R.Dağlı hadisəni törətdikdən sonra dərhal ərazi üzrə polis bölməsinə gedərək təslim olub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Rəşad Dağlının qətlə yetirdiyi şəxs meyxanaçı Ələkbər Yasamallının xalası oğludur.

GÜNÜN MANŞETLERİ