Məktəblərdə İntizam Şurası yaradılacaq - qayda pozanlar...

Məktəblərdə İntizam Şurası yaradılacaq - qayda pozanlar...
Yayınlanma tarixi: 18.10.2022 16:21:48

Məktəblərdə İntizam Şurası yaradılacaq.

İslamazeri.com xəbər verir ki, bunu Elm və Təhsil Nazrliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

Şöbə müdiri qeyd edib ki, Şuranın yaradılması və tərkibində valideynin iştirakı məcburi olacaq.

Məktəblərdə nizam-intizam qaydalarını pozan şagirdlərə qarşı tətbiq ediləcək inzibati tədbirləri də müəyyənləşib.

Elm və Təhsil Nazrliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev məlumat verib.

O bildirib ki, inzibati tədbirlər şagirdlərin davranış səviyyələri nəzərə alınmaqla tətbiü ediləcək.

Davranış səviyyələrinə görə tətbiq ediləcək inzibati tədbirlər aşağıdakılardır:

– müəllim baxışı, qeyri-verbal münasibət

– şagirdlərlə sakit söhbət

– xəbərdarlıq

– uzaqlaşdırma

– valideyn ilə əlaqə saxlamaq

– dərsdən sonra şagirdin məktəbdə saxlanması

– psixoloqa yönləndirmə

– sarı xəbərdarlıq məktubu

– narıncı xəbərdarlıq

– qırmızı xəbərdarlıq.

GÜNÜN MANŞETLERİ