Mədəniyyət nazirinin iki müavini işdən azad edilib

Mədəniyyət nazirinin iki müavini işdən azad edilib
Yayınlanma tarixi: 1.03.2023 17:56:50

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev və müavin Sevda Məmmədəliyeva vəzifəsindən azad edilib.

Məlumatı Mədəniyyət Nazirliyindən "İslamazeri.com"a təsdiq ediblər.

Bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

Xatırladaq ki, Sevda Məmmədəliyeva 1999-cu ildən mədəniyyət nazirinin müavini, Vaqif Əliyev isə Prezident İlham Əliyevin 2011-ci il tarixli sərəncamı ilə mədəniyyət və turizm nazirinin birinci müavini, 2018-ci il tarixli sərəncamı ilə isə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunub.

GÜNÜN MANŞETLERİ