“McDonald's” ABŞ-dakı ofislərini bağladı

“McDonald's” ABŞ-dakı ofislərini bağladı
Yayınlanma tarixi: 4/4/2023 1:03:30 PM

Şirkət işçilərindən qərargahda satıcılarla və bütün digər üzbəüz görüşləri ləğv etmələrini istəyib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, sürətli xidmət göstərən restoranlar şəbəkəsi “McDonald's”ın bu həftə ABŞ-dakı ofislərini müvəqqəti olaraq bağlayacağı və fəaliyyətini dayandırmağa hazırlaşdığı bildirilib.

Çikaqoda yerləşən “McDonald's” restoranlar şəbəkəsi keçən həftə Amerika və bir sıra xarici ölkələrdəki işçilərinə elektron poçt göndərərək onlardan 3, 4, 5 aprel tarixlərində evdən işləməyi tələb edib.

Şirkət həmçinin işçilərindən qərargahda satıcılarla və bütün digər üzbəüz görüşləri ləğv etmələrini istəyib.

Sözügedən e-poçtda şirkət miqyasında vəzifələr və kadrlarla bağlı mühüm qərarlar bu həftə açıqlanacaq. Lakin neçə nəfərin işdən çıxarılacağı ilə bağlı məlumat verilməyib.

 “McDonald's”ın baş direktoru Kris Kempçinski (Chris Kempczinski) yanvar ayında verdiyi açıqlamada şirkətdə işçilərinin ixtisar edilməsinin planlaşdırıldığını söyləmişdi.

GÜNÜN MANŞETLERİ

Karlson: Tramp İrana hücum etdiyi üçün həbs olunmalıdır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Karlson: Tramp İrana hücum etdiyi üçün həbs olunmalıdır

3/14/2026 10:13:29 PM
Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək
REGİON / İRAN

Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək

3/14/2026 9:52:22 PM
İranlı deputatdan Ukraynaya xəbərdarlıq
REGİON / İRAN

İranlı deputatdan Ukraynaya xəbərdarlıq

3/14/2026 8:16:40 PM