Makron Fransanın çətin vəziyyətdə olduğunu etiraf edib

Makron Fransanın çətin vəziyyətdə olduğunu etiraf edib
Yayınlanma tarixi: 10/28/2022 6:06:46 PM

Fransa prezidenti Emmanuel Makronun canlı yayımda verdiyi açıqlamalardan sonra xalq təşvişə düşüb.

İslamazeri.com xəbər verir ki, “France 2” proqramında iştirak edən Fransa lideri “çoxlu böhranlardan keçirik” deyərək ölkəsinin çətin durumda olduğunu etiraf edib.

Ukraynadakı müharibəyə və müharibənin enerji qiymətləri ilə bağlı nəticələrinə, həmçinin COVID-19 pandemiyasına diqqət çəkən Makron deyib:

“Fırtınadan sağ çıxmaq üçün biz zəifləri qorumalı və güclüləri daha yaxşısını etməyə məcbur etməliyik. Mənim məqsədim daha ədalətli, dinc və güclü Fransa yaratmaqdır”.

Makron təqaüd yaşını üç il artıraraq 65-ə çatdırmaqla pensiya islahatı həyata keçirəcəyini açıqlayıb. O əlavə edib ki, bu dəyişikliklər həyata keçirilməzsə, hökumət pensiyaları azaltmalı olacaq.

Xatırladaq ki, 2019-cu ilin sonlarında pensiya məsələsinə yenidən baxılması ölkə miqyasında etirazlara səbəb olmuşdu. Hökumət daha sonra qərarın koronavirus pandemiyası səbəbindən dondurulduğunu açıqlamışdı.

GÜNÜN MANŞETLERİ

Husilər İrana dəstək olaraq müharibəyə qoşulacaqlarmı?
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Husilər İrana dəstək olaraq müharibəyə qoşulacaqlarmı?

3/16/2026 12:30:01 AM
Livan Hizbullahının son 3 saat ərzində əməliyyatları - XÜLASƏ
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Livan Hizbullahının son 3 saat ərzində əməliyyatları - XÜLASƏ

3/16/2026 12:16:01 AM
İran İsrailin ultra-məxfi bölməsini raketlə vurdu
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran İsrailin ultra-məxfi bölməsini raketlə vurdu

3/16/2026 12:02:16 AM