Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:13.12.2021 13:18:44

"Mənim əlimə düşən imkandan istifadə etmək üçün top-oyunçu olmaq lazım deyil. Daha nə deyəcəyimi bilmirəm", - Emreli bildirib.

“İndi nəsə demək çətindir. Həm “Legiya” tarixində, həm də çoxumuzun karyerasında ilk dəfədir belə hal yaşanır”.

İslamazeri.com xəbər verir ki, bunu Polşanın “Legiya” klubunun azərbaycanlı futbolçusu Mahir Emreli ölkə çempionatının XVIII turunda Potsk “Visla”sına 0:1 hesablı məğlubiyyətdən sonra turnir cədvəlinin axırıncı pilləsinə düşmələrinə münasibət bildirərkən deyib.

24 yaşlı forvard uğursuz çıxışa görə üzr istəyib. O yararlana bilmədiyi qol imkanı barədə danışıb:

“Həddindən artıq çox oyunda uduzmuşuq. Belə bir seriyanı xatırlamıram. Döyüşdük, amma xeyri olmadı. Səbəbinin nə olduğunu bilmirəm. Kimsə desə ki, biz döyüşmürük, onunla razı olmaram. Top iki metrdən qapıya girmirsə, buna nə deyə bilərsiniz? Mənim əlimə düşən imkandan istifadə etmək üçün top-oyunçu olmaq lazım deyil. Daha nə deyəcəyimi bilmirəm. Mən ancaq üzr istəyə bilərəm. Bilirəm ki, indi üzr istəmək azarkeşlərimiz üçün bir şey deyil. İlin sonuna qədər iki oyunumuz var, diqqətimizi cəmləyib qələbə qazanmalıyıq. Hər kəsdən bir daha üzr istəyirəm”.

Qeyd edək ki, “Visla” ilə görüşdə start heyətində meydana daxil olan və bu dəfə hücumun sağ cinahında oynadılan Mahir Emreli 74-cü dəqiqədə əvəzlənib. Son Polşa çempionu “Legiya” hazırda 12 xalla sonuncu pillədə qərarlaşıb.


Mahir Emreli: "Həddindən artıq çox oyunda uduzmuşuq, amma..."

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan manatının dövretmə sürəti azalıb
    Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.
     27.09.2022
    İşğal dövründə Yuxarı Gövhər Ağa məscidinə edilmiş müdaxilələr aradan qaldırılıb
    Bərpa işlərinin 2023-cü ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.
     27.09.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ