Magistral su kəmərindəki qəza içməli su təminatında problemlərə səbəb olmayıb

Magistral su kəmərindəki qəza içməli su təminatında problemlərə səbəb olmayıb
Yayınlanma tarixi: 15.10.2022 10:22:25

Bu barədə "Azərsu" ASC-dən məlumat verilib.

Bakı şəhərini içməli si ilə təmin edən Kür-Bakı magistral su kəmərlərindən birində gecə saatlarında baş vermiş qəza nəticəsində (Qaradağ rayonu Qaz Emalı Zavodunun yaxınlığı) ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını subasma halı baş verib. Əraziyə xüsusi texnika, maşın-mexanizm, suyu kənarlaşdırmaq üçün nasoslar, qəza briqadalarə cəlb olunub, lazımi tədbirlər görülür.

"Azərsu" ASC-dən "İslamazeri.com"a verilən məlumata görə, Bakı-Qazax avtomagistralında hərəkətin tam bərpa olunması üçün Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi," Azərsu" tərəfindən lazımi tədbirlər görür.

Magistral su kəmərində baş vermiş qəza əhalinin içməli su təminatında problemlərə səbəb olmayıb. Kür sutəmziləyici qurğular kompleksindən şəhərə suyun verilməsi 2 magistral kəmərlə həyata keçirilir. Hazırda abonentlərin içməli su təchizatı digər kəmərlə aparılır.

GÜNÜN MANŞETLERİ