Lukaşenko: Zelenskiyə danışıqlar aparmağı qadağan ediblər

Lukaşenko: Zelenskiyə danışıqlar aparmağı qadağan ediblər
Yayınlanma tarixi: 10/17/2022 12:27:53 PM

"Zelenskiyə münaqişəni sona çatdırmaq üçün danışıqlar aparmağı qadağan ediblər".

İslamazeri.com xəbər verir ki, Belarus prezidenti iddia edib ki, Zelenskiyə münaqişəni sona çatdırmaq üçün danışıqlar aparmağı qadağan ediblər.

O Amerikanın "NBC" telekanalına müsahibəsində deyib: "Ukraynada münaqişəni dayandırmaq, danışıqlara qayıtmaq lazımdır. Zelenskiyə danışıqlar aparmağı qadağan ediblər. O, müstəqil deyil. Hər gün minlərlə insan ölür. Mülkilər də daxil olmaqla, heç bir günahı olmayan insanlar ölür. Bu doğrudur. Ona görə də, gəlin bu münaqişəni dayandıraq", deyə Lukaşenko bildirib.

Belarus prezidenti vurğulayıb ki, "müharibə həmişə pisdir".

Lukaşenko qeyd edib: "Bu yaxınlarda demişəm ki, indi dünya problemlə məşğuldur və günahkar kimdir sualına cavab axtarır. Qulaq asın, kimin günahkar olduğunu sonra müəyyən edərik. Hər gün insanlar ölür. Gəlin, müharibəni dayandıraq və bir razılaşaq. Sonra kimin haqlı, kimin haqsız olduğunu müəyyən edərik. Yəqin ki, bu, düzgün formuladır".

Prezident Ukraynada aşkar edilən mülki şəxslərin kütləvi məzarlığı ilə bağlı sualı da cavablandırıb. 

"Bilirsiniz, informasiya müharibəsi gedir. Ukraynalılar kütləvi məzarlıqlardan, Rusiya tərəfinin cinayətlərindən danışırlar. Rusiya tərəfi də Ukrayna tərəfinin kütləvi cinayətlərini eyni şəkildə ortaya qoyur. Bir-birinə qarşı adi informasiya hücumudur", - deyə Lukaşenko vurğulayıb.

GÜNÜN MANŞETLERİ

Husilər İrana dəstək olaraq müharibəyə qoşulacaqlarmı?
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Husilər İrana dəstək olaraq müharibəyə qoşulacaqlarmı?

3/16/2026 12:30:01 AM
Livan Hizbullahının son 3 saat ərzində əməliyyatları - XÜLASƏ
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Livan Hizbullahının son 3 saat ərzində əməliyyatları - XÜLASƏ

3/16/2026 12:16:01 AM
İran İsrailin ultra-məxfi bölməsini raketlə vurdu
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran İsrailin ultra-məxfi bölməsini raketlə vurdu

3/16/2026 12:02:16 AM