Livan prezidenti Mişel Avn İsraillə dəniz sərhədi sazişinin yekun layihəsini imzalayıb.
İslamazeri.com xəbər verir ki, Mişel Avn, Baabda sarayında dünən Beyruta gələn ABŞ Dövlət Departamentinin Enerji Təhlükəsizliyi müşaviri Amos Hokşteyn və onun vasitəçi olduğu nümayəndə heyəti ilə görüşüb.
Görüşdən sonra Livan parlamentinin sədr müavini İlyas Əbu Saab Hokşteyn ilə birgə mətbuat konfransı keçirib.
Hokşteynin dünən son müqavilə layihəsini Avn-a təhvil verdiyini xatırladan Saab bildirib:
"Prezident Avn müqavilə layihəsini təsdiqlədi və imzaladı. Prezident daha sonra Hokşteyn və Livan nümayəndə heyəti ilə sazişin mətnini BMT-nin cənubdakı mənzil-qərargahına göndərəcək.
Bildiyiniz kimi, prezident Avn-ın ABŞ-dan aldığı yekun müqavilə layihəsi mətbuatda dərc olunanla eynidir. Heç bir sövdələşmə, dəyişiklik yoxdur".
Hokşteyn bu razılaşmanı həyata keçirmək üçün aylardır Baabda Sarayına gəldiyini, lakin sonda bütün səylər nəticəsində tarixi razılığın əldə edildiyini bildirib.
Diplomatik əlaqələri olmayan iki qonşu ölkə müharibə vəziyyətində olduğundan müqavilə mətninin mübadiləsi üçün birgə mərasim keçirilməyəcək.
Livan və İsrail nümayəndə heyətləri Birləşmiş Millətlər Təşkilatının Müvəqqəti İşçi Qrupunun Livanın cənubundakı Nakura bölgəsindəki qərargahında bir araya gəlmədən ayrı-ayrı salonlarda razılaşmanın surətlərini dəyişdirəcəklər.