Livan parlamentinin yeni prezidenti seçmək üçün keçirilən 9-cu iclasında heç bir namizəd kifayət qədər səs toplaya bilməyib.
İslamazeri.com xəbər verir ki, oktyabrın 31-də səlahiyyət müddəti başa çatan prezident Mişel Aunun yerinə gələcək şəxsin seçilməsi üçün parlamentdə keçirilən iclasda 128 deputatdan 105-i iştirak edib.
Namizədlər arasında Mişel Müəvvəd 39 səs toplayıb, 39 səs etibarsız sayılıb, qalan 27 səs isə digər namizədlərə verilib.
Buunla da, heç bir namizəd prezident seçilmək üçün tələb olunan 2/3 səs çoxluğunu əldə edə bilməyib.
Parlamentin sədri Nebih Berri yeni prezidentin seçilməsi üçün növbəti iclasın dekabrın 15-də keçiriləcəyini açıqlayıb.
Xatırladaq ki, Livan parlamenti sentyabrın 29-da yeni prezidenti seçmək üçün ilk iclasını keçirmişdi.