“Tramp, 500-dən çox hərbçi itkisindən sonra daha ağır əvəz gözləsin.”
İslamazeri.com xəbər verir ki, bunu İran İslam Respublikasının Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani şəxsi səhifəsində “X” platformasında yazıb.
“Cənab Tramp, Netanyahunun gülünc oyunları ilə Amerika xalqını İranla ədalətsiz bir müharibəyə sürüklədi. 500-dən çox amerikalı hərbçi həlak olub.”, -deyə o bildirib.
Laricani “İndi hesabı aparın: Bu günlərdə 500-dən çox amerikalı itkiyə baxmayaraq, yenə də üstünlük Amerika üçünmü, yoxsa İsrail üçün?”, -deyə qeyd edib.
Amerika tərəfinə xəbərdarlıq edərək Laricani bildirib: “Hadisələr davam edir. İmam Xameneinin şəhidliyi sizin üçün baha başa gələcək. İnşallah.”