İsrail rejiminin baş naziri Yair Lapid Likud partiyasının lideri Benyamin Netanyahunu bu rejimin Müharibə Nazirliyi ilə bağlı ultra-dindar partiyalarla münasibətdə olduğu üçün tənqid edib.
İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, İsrailin baş naziri Yair Lapid dünən Twitter səhifəsində etdiyi paylaşımda bildirib:
"“Likud” partiyası ilə “dini sionizm” partiyası arasındakı razılaşmaya əsasən, onun lideri Bezalel Smotriç bir polkovnikin əməliyyatların koordinatoru, həmçinin polkovnik-leytenantı bölgədə mülki işlər üzrə məsul zabit təyin etməkdən məsul olacaq".
Sionist rejimin keçmiş kabinetlərində bu şəxslərin müştərək ordu qərargahı tərəfindən seçildiyinə işarə edən Lapid əlavə edib:
"Netanyahu Müharibə Nazirliyini Xarədilərə satdı".
Qeyd etmək lazımdır ki, Xarədilər ifrat sionistlərin bir qoludur ki, solçular bunu sionist rejimin parçalanmasının ən böyük təhlükəsi və səbəbi kimi görürlər.