Laçında 200-dən artıq kaha aşkar edilib

Laçında 200-dən artıq kaha aşkar edilib
Yayınlanma tarixi: 20.04.2023 11:57:42

Laçında 200-dən artıq kaha aşkar edilib

“Şuşa şəhərinin 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 6 dekabr tarixli Sərəncamından irəli gələn məsələlərin icrası ilə bağlı AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu və A.A. Bakıxanov adına Tarix İnstitutu birlikdə “Orta əsr mənbələrində
və müasir dövr tədqiqatlarında Qarabağ və Şuşa” mövzusunda elmi seminar keçiriblər.

İnstitutdan "İslamazeri.com"a verilən xəbərə görə, seminarı giriş sözü ilə A.A.Bakıxanov adına Tarix İnstitutunun icraçı direktoru, t.ü.e.d. İlqar Niftəliyev açaraq Şuşanın tarixi, mədəniyyəti, I və II Qarabağ müharibələri haqqında məlumat verib. Tarixçi alimlər t.e.d. Mais
Əhmədov və t.ü.f.d. Nigar Axundova geniş məruzə ilə çıxış ediblər. AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun icraçı direktoru t.ü.f.d. Zaur Həsənov Qarabağ ərazisində aparılan tədqiqatlar barədə açıqlama verib, İsveçrə, Polşa, Koreya və Azərbaycan arxeoloqlarından ibarət beynəlxalq qrupun Füzuli rayonu ərazisində yerləşən “Yeddi təpə” kurqanında gördüyü işlər barədə danışıb. Tədqiqatçı bildirib ki, ərazidə 20-dən çox belə kurqan var.

T.e.d., professor Arif Məmmədov Qarabağ ərazisində aparılan monitorinqlər barədə açıqlama verib. Şuşa ərazisində aparılan tikinti abadlıq işləri zamanı silah emalatxanasının və digər yeraltı tikililərin olmasından danışıb. Qubadlı, Zəngilan, Laçin ərazilərində aparılan monitorinqin nəticələri barədə məlumat verib. O qeyd edib ki, Laçın rayonu ərazisində 200-dən artıq kaha aşkar edilib.
T.ü.f.d., dosent Akif Quliyev “Məhkəmə Arxeologiyası və Antropologiyası” adlı Beynəlxalq konfransa hazırlıq haqqında, aparılan treyninqlərin nəticələri barədə məlumat verərək bildirib ki, hazırda 1-ci və 2-ci Qarabağ müharibələri nəticəsində 4000-dən artıq itkin düşmüş vətəndaşımız var. Onların qalıqlarını aşkar edərək, ailələrinə təhvil vermək üşün Qızıl Xaç Komitəsinin nümayəndələri ilə
birlikdə Daşaltıda, Şuşa həbsxanası ətrafında treninqlər aparılıb. Bu işlər Xocavəndin Edilli kəndində 35-40 nəfər dinc sakin və əsgər skeletlərinin tapıldığı kütləvi məzarlığın aşkarlandığı vaxtdan başlanılıb.

Sonra arxeoloq alimlər t.e.d. Əsədulla Cəfərov, t.ü.f.d. dosent Təvəkkül Əliyev tədqiq etdikləri abidələr haqqında geniş və maraqlı çıxışlar ediblər.

GÜNÜN MANŞETLERİ