Krım körpüsündə partlayış baş verib

Krım körpüsündə partlayış baş verib
Yayınlanma tarixi: 8.10.2022 13:38:44

Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krımda inşa etdiyi Krım körpüsündə səhər saatlarında partlayış baş verib.

İslamazeri.com xəbər verir ki, RİA-nın yerli hakimiyyət orqanlarına istinadən verdiyi xəbərdə bildirilib:

“İlk təsbitlərə görə, Krım körpüsündə yanacaqla dolu tankerdə partlayış baş verib. Körpüyə heç bir ziyan dəyməyib”.

Ukrayna prezidentinin müşaviri Mixail Podolyak da sosial media hesabında açıqlama verib.

Podolyak körpüdəki partlayışla bağlı "Bu, hələ başlanğıcdır", - deyə bildirib.

Ukrayna hələlik partlayışa görə məsuliyyəti üzərinə götürməsə də, Podolyak Twitter-də “Qeyri-qanuni olan hər şey məhv edilməli, oğurlanan hər şey Ukraynaya qaytarılmalıdır. Rusiyanın işğal etdiyi hər yer geri qaytarılmalıdır", - deyə qeyd edib.

Qeyd edək ki, sosial şəbəkə istifadəçiləri isə Ukraynanın körpüyə hücum etdiyi və körpünün yararsız hala düşdüyü barədə məlumatları paylaşırlar.

GÜNÜN MANŞETLERİ