Kimya üzrə ali məktəblərə qəbul imtahanı proqramı müzakirə olunub

Kimya üzrə ali məktəblərə qəbul imtahanı proqramı müzakirə olunub
Yayınlanma tarixi: 25.10.2022 17:18:41

Dövlət İmtahan Mərkəzində 24 oktyabr 2022-ci il tarixində Azərbaycan dili, ingilis dili, fransız dili fənləri üzrə, 25 oktyabr 2022-ci il tarixində isə kimya fənni üzrə işçi qruplarının iclasları keçirilib.

İslamazeri.com xəbər verir ki, Azərbaycan dili fənni üzrə iclasın gündəlik məsələsi hərbi liseylərə qəbul, ingilis dili və fransız dili fənlərindən isə tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış, kimya fənni üzrə isə ali məktəblərə və hərbi liseylərə qəbul imtahanları proqramlarının müzakirəsi olub.

İştirakçılar müzakirə edilən məsələlərlə bağlı fikirlər bildirib və təkliflər veriblər.

Növbəti iclaslarda müzakirələr davam etdiriləcək.

GÜNÜN MANŞETLERİ