Kəlbəcərdə yük maşını aşıb, xəsarət alan var

Kəlbəcərdə yük maşını aşıb, xəsarət alan var
Yayınlanma tarixi: 24.12.2022 14:47:36

Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Kəlbəcər rayonunda yük avtomobilinin aşması nəticəsində sürücü xəsarət alıb.

Bu barədə "İslamazeri.com"a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Kəlbəcər rayon Yanşaq kəndi ərazisində "Volvo" markalı yük avtomobilinin aşması ilə bağlı Kəlbəcər rayon Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib.

Qəza nəticəsində yük avtomobilinin sürücüsü müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

GÜNÜN MANŞETLERİ