İtaliyada ingilis sözlərindən istifadə qadağan edilir

İtaliyada ingilis sözlərindən istifadə qadağan edilir
Yayınlanma tarixi: 3.04.2023 10:39:08

Layihə təsdiqlənib qanuna çevrilərsə, bu qaydaları pozanlar 5000 avrodan 100.000 avroya qədər cərimə olunacaq.

İtaliyada sağçı koalisiya hökumətinin əsas tərəfdaşı olan ifrat sağçı İtaliya Qardaşları Partiyası (FDL) dövlət idarəçiliyində İtaliya dilində əcnəbi sözlərin istifadəsinə görə cəzalandıran qanun layihəsi hazırlayıb.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Baş nazir Giorgia Meloninin FDL partiyasından olan millət vəkili Fabio Rampelli dövlət idarəçiliyində İtaliya dilinin düzgün istifadəsinə zəmanət vermək, ana dilini saxlamaq və məhv olmaqdan qorumaq məqsədi ilə parlamentin aşağı palatası olan Nümayəndələr Palatasına qanun layihəsini təqdim edib. Bildirilib ki, qanun layihəsi bütün xarici dilləri əhatə etsə də, xüsusilə İtaliya dilinin dəyərini aşağı salan ingilis sözlərindən istifadəyə qarşı yönəlib.

Parlamentdə müzakirəyə çıxarılacaq qanun layihəsi dövlət sektorunda çalışan və ya çalışacaq şəxslərin İtaliya dilini şifahi və yazılı səviyyədə düzgün bilməsini tələb edir.

Eyni zamanda, vəzifə adları da daxil olmaqla, rəsmi yazışmalarda və ölkədə fəaliyyət göstərən özəl şirkətlərin abreviaturalarında ingilis sözlərindən istifadənin qadağan edilməsi nəzərdə tutulur.

Layihə təsdiqlənib qanuna çevrilərsə, bu qaydaları pozanlar 5000 avrodan 100.000 avroya qədər cərimə olunacaq.

GÜNÜN MANŞETLERİ