İsveç polisi Quranı yandıranları himayə etməyə davam edir

İsveç polisi Quranı yandıranları himayə etməyə davam edir
Yayınlanma tarixi: 15.08.2023 11:46:36

İsveçdə iraq əsilli Salvan Momika parlament binası qarşısında Qurana qarşı hücum təşkil edib və ölkədə İslam dini qadağan olunana qədər təxribatlarını davam etdirəcəyini bildirib.

İslamazeri.com xəbər verir ki, geniş polis mühafizəsi ilə İsveç parlamentinin qarşısına gələn Momika ətrafdakıların reaksiyasına baxmayaraq Quranın üzərinə ayaq basıb.

İslamı təhqir edən sözlər söyləyən Momika Quranı yandırıb.

Salvan Najem adlı İraq vətəndaşı Momikaya kömək edib.

Bölgədə toplaşaraq sosial şəbəkədə təşkilatlanan “Quran yandırmağa son” adlı qrup Momika və Nəcimə reaksiya verib.

İsveçli fəallar tərəfindən yaradılan qrup üzvləri yanğınsöndürənlərin dəbilqələrini taxaraq “İrqçi aksiyanı dayandırın” şüarları səsləndiriblər.

Nümayişçilərdən biri Momikanın qarşısını almaq istəyəndə polis sərt reaksiya verib. Polis əməkdaşları nümayişçini nəzarətə götürərək polis bölməsinə aparıblar.

Təxribatdan sonra zirehli polis maşını ilə hadisə yerini tərk edən Momika və Najemi 10-u zirehli olmaqla 20 polis maşını və təxminən 150 polis müşayiət edib.

GÜNÜN MANŞETLERİ