İstehlaka yararsız və istifadə müddəti bitmiş məhsullar məhv edilib

İstehlaka yararsız və istifadə müddəti bitmiş məhsullar məhv edilib
Yayınlanma tarixi: 31.10.2022 13:32:44

İstehlaka yararsız və istifadə müddəti bitmiş məhsullar məhv edilib.

Bu barədə "İslamazeri.com"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, istehlaka yararsız və istifadə müddəti bitmiş məhsulların məhv edilməsi ilə bağlı agentliyə daxil olan müraciət əsasında, “Taha Azerbaijan” MMC-yə məxsus “Lipoxtor, Kapsul N30” əmtəə nişanlı (istehsal və son istifadə tarixi: 05.08.2020-04.08.2022) ümumi sayı 1015 ədəd bioloji fəallığa malik qida əlavəsi, “BMS Operating Company” MMC-yə məxsus 300 kq və “Aqro-Vest DC” MMC-yə məxsus 13760 kq müxtəlif növ qida məhsulları “Təhlükəli Tullantılar” MMC-nin və “Təmiz Sumqayıt Kənan” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün mütamadi olaraq müvafiq tədbirlər həyata keçirir.

GÜNÜN MANŞETLERİ