İvrit və ərəb xəbər mənbələri Fələstinin Cenin şəhərinin cənubunda İsrail parlamentinin (Knesset) deputatını daşıyan avtobusun hücuma məruz qaldığını bildirib.
İslamazeri.com xəbər verir ki, İRNA-nın məlumatına görə, israilli mənbələr sağçı sionist olan Itmar Ben Qafirin rəhbərlik etdiyi partiyadan Limor Harı daşıyan avtobusun Ceninin cənub-qərbində, sionistlərin Mafo Dotan şəhəri yaxınlığında hücuma məruz qaldığını bildirib.
Xəbərə görə, avtobusun atəşə tutulması nəticəsində xəsarət alan olmayıb.
Bundan əvvəl sionist mənbələr xəbər vermişdilər ki, oktyabr ayında İordan çayının qərb sahilində Fələstin müqavimət qüvvələri ümumilikdə 916 dəfə İsrail əsgərlərini və sionist məskunlaşmaçıları hədəfə alıblar.