İsraildən Səudiyyəyə ilk təyyarə reysi baş tutub

İsraildən Səudiyyəyə ilk təyyarə reysi baş tutub
Yayınlanma tarixi: 10/27/2021 3:06:00 PM

İsraillə Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələr olmadığı üçün indiyədək ölkələr arasında kommersiya hava daşımaları həyata keçirilmirdi.

Oktyabrın 26-da İsrailə məxsus təyyarə Ər-Riyadın hava limanına eniş edib. Bu, İsraildən Səudiyyə Ərəbistanına ilk reys kimi tarixə düşüb.

İslamazeri.com "AZƏRTAC"-a istinadla xəbər verir ki, İsraillə Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələr olmadığı üçün indiyədək ölkələr arasında kommersiya hava daşımaları həyata keçirilmirdi.

Qeyd edək ki, ötən il ABŞ-ın vasitəçiliyi ilə Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn İsraillə diplomatik münasibətlərin qurulmasına dair müqavilə imzalayıb. Sonradan Sudan dövləti də İsraillə münasibətləri normallaşdırmağa razılıq verib. Həmçinin İsrail və Səudiyyə Ərəbistanı öz hava məkanını bir-birinin üzünə açıb.

Bundan öncə İsraillə diplomatik əlaqələrə yalnız iki ərəb ölkəsi - Misir (1979) və İordaniya (1994) malik idi.

FOTO

GÜNÜN MANŞETLERİ

Husilər İrana dəstək olaraq müharibəyə qoşulacaqlarmı?
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Husilər İrana dəstək olaraq müharibəyə qoşulacaqlarmı?

3/16/2026 12:30:01 AM
Livan Hizbullahının son 3 saat ərzində əməliyyatları - XÜLASƏ
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Livan Hizbullahının son 3 saat ərzində əməliyyatları - XÜLASƏ

3/16/2026 12:16:01 AM
İran İsrailin ultra-məxfi bölməsini raketlə vurdu
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran İsrailin ultra-məxfi bölməsini raketlə vurdu

3/16/2026 12:02:16 AM