İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Nablusda bir evə basqın edərək 3 fələstinlini qətlə yetirib.
İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumatü yayıb. “İsrail əsgərlərinin Nablusun Köhnə Şəhər ərazisində yerləşən bir evə hücumu nəticəsində 3 nəfər həyatını itirib. Onlardan ikisinin üzü parçalandığı üçün hələlik kimlikləri müəyyənləşdirilməyib”.
Fələstin Qızıl Aypara Cəmiyyətindən yayılan yazılı açıqlamada isə sözügedən basqın zamanı 4 fələstinlinin də yaralandığı və aralarında ibtidai sinif şagirdlərinin də olduğu 152 nəfərin isə gözyaşardıcı qazdan təsirləndiyi bildirilib.
İsrail ordusu, Nablus basqında həyatını itirən 2 nəfəri 7 apreldə işğal altındakı İordan çayının qərb sahilində 3 israillinin ölümü ilə nəticələnən silahlı hücumu törətməkdə ittiham edib.