İsrail qüvvələri fələstinlilərin düşərgəsinə hücum edib

İsrail qüvvələri fələstinlilərin düşərgəsinə hücum edib
Yayınlanma tarixi: 6.03.2023 16:02:25

Mənbələr sionistlərin düşərgəyə hücum etdikdən sonra Mahir Şalonun evini mühasirəyə aldıqlarını bildiriblər.

Fələstin mənbələri İsrail qüvvələrinin Yerixo şəhərinin cənubundakı Aqaba Cabr düşərgəsinə hücum etdiyini açıqlayıb.

İslamazeri.com xəbər verir ki, mənbələr sionistlərin düşərgəyə hücum etdikdən sonra Mahir Şalonun evini mühasirəyə aldıqlarını bildiriblər.

Sionist işğalçıların bu bölgəyə hücumundan sonra, fələstinlilərlə işğalçılar arasında şiddətli qarşıdurma baş verib.

Bu gün Aqaba Cabr düşərgəsində baş verən qarşıdurmalarda 30 nəfər yaralanıb.

Fələstin mənbələri həmçinin, bu gün İordan çayının qərb sahilinin müxtəlif bölgələrində sionist qüvvələrin həyata keçirdiyi hücumda 13 fələstinlinin həbs edildiyini açıqlayıb.

Digər tərəfdən, ibrani mənbələr sionist rejimin milli təhlükəsizlik naziri İtamar Ben Qvirin bu rejim polisinə Ramazan ayında fələstinlilərin evlərinin sökülməsinə davam etmələri və bu prosesi dayandırmamaq barədə göstəriş verdiyini açıqlayıblar.

GÜNÜN MANŞETLERİ