İsrail mediası, İranın İsrailə qarşı raket hücumlarının genişlənməsini vurğulayaraq, İranın genişmiqyaslı hücumlara davam gətirmək qabiliyyətinə malik olduğunu bildirib.
İslamazeri.com xəbər verir ki, Əl-Mayadin-in məlumatına görə, İsrail mediası, İranın İsrailə qarşı raket hücumlarının genişlənməsini qeyd edərək, İranın genişmiqyaslı hücumlara davam gətirmək qabiliyyətinə malik olduğunu bildirib.
Bu media orqanları, müharibənin sonuna qədər İranın potensialının azalacağına dair heç bir əlamət olmadığını və Tehranın istədiyi hər hansı bir bölgədə davamlı hücumlar həyata keçirə biləcək yüksək səviyyəli gücə sahib olduğunu vurğulayıblar.
Ümumiyyətlə ağır hərbi senzura altında yayımlanan İsrail mediasının məlumatına görə, iki gün əvvəl İranın işğal olunmuş ərazilərin cənubundakı Arad bölgəsində həyata keçirdiyi hücumlarda səkkiz nəfər ölüb, təxminən 168 nəfər yaralanıb.