İsrail bunu ötən həftə Suriyada iranlılara qarşı həyata keçirilən hücumla əlaqələndirir
İslamazeri.com xəbər verir ki, İsrailin "Kan 11 News" portalı İranın Suriyada qətlə yetirilən Davud Cəfərinin qisasını alacağını yazıb.
Buna görə də, İsrail güc strukturları bu yöndə xüsusi rejimə keçərək təhlükəsizlik xidmətinin yüksək rütbəlilərinin mühafizəsini gücləndiriblər.
İsrail tərəfi qeyd edir ki, Suriyada qətlə yetirilən Davud Cəfəri İnqilab Keşikçilər Korpusunun yüksək rütbəli zabiti olub və Sepahın aerokosmik briqadasının eksperti olub.
Qeyd olunur ki, ötən həftədən başlayaraq Mossadın xaricdəki yüksək rütbəli keçmiş məmurlarının təhlükəsizlik tədbirləri artırılıb.