İsrail fələstinlilərin edamını təklif edən qanunu qəbul edib

İsrail fələstinlilərin edamını təklif edən qanunu qəbul edib
Yayınlanma tarixi: 2.03.2023 12:27:17

İsrail fələstinlilərin edamını təklif edən qanunu qəbul edib.

Sionist rejim fələstinlilər üçün “edam variantını” həyata keçirmək üçün qanunlar qəbul edir.

İslamazeri.com xəbər verir ki, İsrailin “terrorçu” olmaqda ittiham etdiyi fələstinlilərin ölüm cəzasını nəzərdə tutan qanun layihəsi bu rejimin parlamenti olan Knessetdə ilk səsvermədən keçib.

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir tərəfindən Knessetə təqdim edilən qanun layihəsi qüvvəyə minərsə, sionistlərə qarşı “terror hücumu” təşkil edənlərə ölüm cəzası veriləcək.

Digər tərəfdən, bu edam hökmlərinin yalnız sionistlərə qarşı terror hücumları üçün tətbiq ediləcəyi və fələstinlilərə qarşı törədilən terror hücumlarına məhəl qoyulmayacağı dəqiqliklə hesab olunur.

GÜNÜN MANŞETLERİ