İŞİD-çi qadınlardan 13 yaşlı oğlanlara təcavüz - İDDİA

İŞİD-çi qadınlardan 13 yaşlı oğlanlara təcavüz - İDDİA
Yayınlanma tarixi: 1.03.2023 12:34:30

İŞİD terror qruplaşmasına bağlı qadınlar Suriyadakı düşərgələrdə 10-a yaxın 13-14 yaşlı oğlana təcavüz ediblər

İslamazeri.com xəbər verir ki, İŞİD terror qruplaşması ilə bağlı yeni şok iddialar dünya mediasının diqqətini çəkib.

Belə ki, İŞİD terror qruplaşmasına bağlı qadınlar Suriyadakı düşərgələrdə 10-a yaxın 13-14 yaşlı oğlana təcavüz ediblər.

Bu barədə "Daily Beast" geniş məlumat dərc edib.

Məlumatda qeyd edilir ki, Suriya Müdafiə Qüvvələrinin rəsmilərinə görə, 13 yaşlı Əhməd və 14 yaşlı Həmid Suriyanın şimal-şərqindəki Kamp əl-Holda mühafizəçiyə deyiblər: “Bizi İŞİD qadınları ilə cinsi əlaqəyə girməyə, onlara hamilə qalmağa məcbur edirlər, bizi buradan çıxara bilərsinizmi?"

Bundan sonra araşdırmalar zamanı məlum olub ki, anaları ilə birlikdə həbsxana düşərgələrində qalan bu azyaşlı yeniyetmə oğlanlar elə analarının razılığı ilə İŞİD-çi sayını artırmaq üçün digər qadınlarla əlaqəyə məcbur ediliblər.

Bu yeniyetmələrdən bəziləri artıq "İŞİD-çi sayını artırmaq" deyil, onların zorla qul kimi öz şəhvətlərində istifadə edilməsini anlayaraq, mühafizəşilərə şikayət edib.

Əhməd və Həmid adlı yeniyetmələr də yeni açılan Orkesh reabilitasiya mərkəzinin əməkdaşlarına bir qrup İŞİD qadını tərəfindən cinsi istismara məruz qaldıqlarını bildiriblər.

Mərkəzin əməkdaşları "The Daily Beast"ə bildiriblər ki, oğlanlardan biri cəmi bir neçə gün ərzində səkkiz İŞİD qadını ilə cinsi əlaqəyə girməyə məcbur olduğunu deyib.

Təhlükəsizlik qüvvələri Suriyanın şimal-şərqində yerləşən Camp al-Rojda yeniyetmələrin də oxşar şəkildə istismar edildiyini təsdiqləyib. Əslində, oğlanlardan biri ona  Viaqraya bənzər bir maddə verildikdən sonra yıxıldığını  və xəstəxanaya yerləşdirildiyini bildirib.

Məlumatda qeyd edilir ki, heç də bütün analar İŞİD-çi şəhvətpərəst qadınların  istəyilə razıdırlar. Belə ki, bir qrup oğullarını cinsi köləlikdən qorumaq istəyən analar düşərgə rəhbərliyinə oğlanlarını reabilitasiya mərkəzlərinə köçürmələrini xahiş ediblər.

GÜNÜN MANŞETLERİ