İran XİN: Nüvə müzakirələri ilə bağlı iddialar yalandır

İran XİN: Nüvə müzakirələri ilə bağlı iddialar yalandır
Yayınlanma tarixi: 3/3/2026 3:42:45 PM

İran XİN: Nüvə müzakirələri ilə bağlı iddialar yalandır

İslamazeri.com xəbər verir ki, İran nüvə danışıqları ilə bağlı yayılan iddiaları təkzib edib. APA xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, danışıqların son mərhələsində ABŞ-ın İrana müəyyən təkliflər etdiyi və Tehranın bu təklifləri qəbul etmədiyi barədə məlumatlar həqiqəti əks etdirmir.

“Danışıqların son mərhələsində ABŞ-ın bizə müəyyən təkliflər etməsi və bizim onu qəbul etməməyimizlə bağlı iddialar yalandır. Ümumiyyətlə, danışıqlar prosesi ilə bağlı irəli sürülən bütün iddialar yalandır”, – deyə Bəqayi vurğulayıb.

GÜNÜN MANŞETLERİ