İran və Ukraynanın XİN başçıları arasında telefon danışığı olub

İran və Ukraynanın XİN başçıları arasında telefon danışığı olub
Yayınlanma tarixi: 29.10.2022 10:49:24

İran İslam Respublikasının xarici işlər naziri Əmir Abdullahiyan və Ukraynanın xarici işlər naziri Dmitro Kuleba arasında telefon danışığı baş tutub.

İslamazeri.com xəbər verir ki, bu görüş zamanı Ukrayna böhranı ilə bağlı son hadisələr və ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Əmir Abdullahian İran pilotsuz təyyarələrinin Ukraynadakı müharibədə istifadə edildiyi iddiaları ilə bağlı bu iddianı şiddətlə rədd edərək deyib:

"İran İslam Respublikası səkkiz ildir ki, məcburi müharibə şəraitində yaşayır və buna görə də Ukrayna, Yəmən və s. ölkələrdə müharibəyə qarşıdır. Bizim Rusiya ilə yaxşı münasibətlərimiz var və keçmişdə müdafiə sahəsində əməkdaşlığımız olub. Amma bizim Ukraynadakı müharibə ilə bağlı siyasətimiz ölkələrin ərazi bütövlüyünə hörmət etmək, münaqişə edən tərəflərə silah göndərməmək, müharibəni dayandırmaq və insanların köçkünlüyünə son qoymaqdır. 

İran İslam Respublikasının xarici siyasəti tamamilə açıqdır və vahid standart və müharibə əleyhinədir.

Biz heç bir vasitəçiyə ehtiyac olmadan hərbi ekspertlərlə birlikdə iki ölkə arasında texniki danışıqlar aparmağa hazırıq".

Əmir Abdullahiyan Tehranın atəşkəsə nail olmaq üçün dəfələrlə etdiyi səylərə toxunaraq, bəzi Qərb rəsmilərinin bəyanatlarını əsassız adlandırıb və deyib: “Biz atəşkəs üçün kömək etməyə hazırıq. Hesab edirəm ki, Ukrayna bəzi avropalı radikal siyasətçilərin təsirinə düşməmək üçün diqqətli olmalıdır”.

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba bu telefon danışığında İran İslam Respublikasının Ukraynaya qarşı müharibədə istifadə olunacaq silahların göndərilməməsi ilə bağlı mövqeyini təqdir edib və deyib: "İki ölkənin hərbi-texniki heyətləri arasında dialoq vacibdir. 

Ukraynanın xarici əlaqələrdə müstəqilliyinə toxunan Ukraynanın xarici işlər naziri başqalarının təsiri altında hərəkət etmədiklərini bildirib.

Ukraynanın Xarici İşlər Naziri müharibənin ölkəsinə vurduğu təsirlərə toxunaraq, bu sözləri deyib: "Beynəlxalq konvensiyalara əsasən, biz səfirliyin təhlükəsizliyi və fəaliyyəti üçün lazımi səy göstəririk".

GÜNÜN MANŞETLERİ