İran və Çindən Əfqanıstana çağırış

İran və Çindən Əfqanıstana çağırış
Yayınlanma tarixi: 18.02.2023 11:13:48

İbrahim Rəisinin Çinə etdiyi üç günlük rəsmi səfərindən sonra birgə bəyannamə yayımlanıb.

Çin və İran Əfqanıstandakı müvəqqəti “Taliban” hökumətinə qadınların iş həyatı və təhsilinə qoyulan məhdudiyyətlərə son qoyulması ilə əlaqədar çağırış edib.

İslamazeri.com-un verdiyi xəbərə görə, İran Prezidenti İbrahim Rəisinin Çinə etdiyi üç günlük rəsmi səfərindən sonra birgə bəyannamə yayımlanıb.

İbrahim Rəisi  ilə Çin Xalq Respublikasının prezidenti Si Cinpinin regional və beynəlxalq mövzularla yanaşı, siyasət, təhlükəsizlik, müdafiə, iqtisadi inkişaf, təhsil və mədəniyyət mövzularını müzakirə etdiklərini vurğulanıb. Görüşdə həmçinin ticarət, kənd təsərrüfatı, sənaye, bərpa olunan enerji və infrastruktur məsələlərinin müzakirə edildiyi bildirilib.

Bəyannamədə tərəflərin 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyətə gələn “Taliban”ın qadın və qızların təhsilinə və iş həyatına qoyduğu məhdudiyyətləri qiymətləndirdiyi vurğulanıb.

GÜNÜN MANŞETLERİ