İran prezidenti Suriyada Xanım Zeynəbin (s.ə) hərəmini ziyarət edib.
Rəsmi təmaslar üçün Suriyanın paytaxtı Dəməşqdə olan İran prezidenti Seyid İbrahim Rəisi Hz. Zeynəbin (s.ə) məzarını ziyarət edib.
İslamazeri.com xəbər verir ki, rəsmi təmaslar üçün Suriyanın paytaxtı Dəməşqdə olan İran prezidenti Seyid İbrahim Rəisi Hz. Zeynəbin (s.ə) məzarını ziyarət edib.
İbrahim Rəisi rəsmi təmaslar etmək üçün dünən səhər Suriyanın paytaxtı Dəməşqə gedib.
Rəisi Suriya Prezidenti Bəşər Əsəd tərəfindən Xalq Sarayında rəsmi mərasimlə qarşılanıb.
Qarşılanma mərasimindən sonra Rəisi Suriya lideri ilə görüşüb.