İran Danimarkadakı səfirliyinə hücuma görə sərt NOTA verdi

İran Danimarkadakı səfirliyinə hücuma görə sərt NOTA verdi
Yayınlanma tarixi: 8.10.2022 10:57:53

Danimarkanın Tehrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

İslamazeri.com xəbər verir ki, bir nəfər Danimarkada İran səfirliyinə hücum edib.

Qeyd olunur ki, həmin şəxs səfirlik işçilərini hədələyib, xidmət avtomobillərinə ziyan verib.

İranın xarici işlər naziri Əmir Abdullahian isə bu ölkənin Kopenhagendəki səfiri və səfirliyinin təhlükəsizliyinin təmin olunmamasına sərt reaksiya verib.

O bu hücuma etirazını bildirib.

Danimarkanın Tehrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.
Görüşdə İran səfirliyi və diplomatlarının təhlükəsizliyinin təmin olunmamasına etiraz bildirilib.
Buna cavab olaraq Danimarka səfiri baş vermis insidentlə bağlı üzr istəyib, bu hadisədən sonra təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini bildirib.

GÜNÜN MANŞETLERİ