İqtisadiyyat Nazirliyinin işçilərinin say həddi artırılıb

İqtisadiyyat Nazirliyinin işçilərinin say həddi artırılıb
Yayınlanma tarixi: 22.02.2023 16:22:09

Prezident İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb.

İqtisadiyyat Nazirliyinin işçilərinin say həddi artırılıb.

İslamazeri.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb.

Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin işçilərinin say həddi cəmi 4394 ştat vahidindən 4494-ə qaldırılıb.

Eyni zamanda nazirlik yanında Dövlət Vergi Xidməti Aparatının işçilərinin say həddi 429 ştat vahidindən 499 ştat vahidinə, strukturuna daxil olan qurumların işçilərinin say həddi 2460 ştat vahidindən 2490 ştat vahidinə qaldırılıb.

GÜNÜN MANŞETLERİ