İndoneziyada məscidin günbəzi çöküb

İndoneziyada məscidin günbəzi çöküb
Yayınlanma tarixi: 21.10.2022 18:00:29

İndoneziyanın paytaxtı Cakartadakı İslam Mərkəzi məscidində yanğın baş verib. Nəticədə günbəz çöküb.

İslamazeri.com xəbər verir ki, yanğın şəhərin bir çox yerindən görünüb və insanlar arasında təşvişə səbəb olub.

Hadisədə xəsarət alan və ya insan itkisi olmayıb. İlkin araşdırmalara əsasən, qəza ehtiyatsızlıqdan baş verib. Faktla bağlı istintaq başlanılıb. Məscidin təmirinə cavabdeh olan podratçı şirkətdən 4 nəfər şübhəli şəxs qismində saxlanılaraq dindirilib.

GÜNÜN MANŞETLERİ