Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:5.08.2022 11:25:09

Hər il olduğu kimi bu il də dünyanın müxtəlif ölkələrində “İmam Hüseynin (ə) südəmər körpələri” tədbirləri keçirilir.

İslamazeri.com "Mehr"ə istinadən xəbər verir ki, hər il Məhərrəm ayının ilk cüməsində dünyanın müxtəlif ölkələrində analar və uşaqlar öz ölkələrində bu mərasimi keçirir. Bu il pandemiya səbəbindən bu mərasim İranın müxtəlif şəhərlərində açıq havada və bir çox şəhərlərdə isə onlayn formatda təşkil olunub.

Bu mərasimdə minlərlə südəmər körpə hüseyniyyələr və məscidlərdə Həzrəti İmam Hüseynin (ə) südəmər körpəsinin xatirəsinə Kərbəla çölünün 6 aylıq şəhidi ilə səs-səsə verir və analar öz laylaları ilə Həzrəti Əli Əsğərin (ə) anası Həzrəti Rübabın kədərinə şərik olurlar.

Xatırladaq ki, “İmam Hüseynin (ə) südəmər körpələri” adlı konfrans 2003-cü ildən Tehranda Məhdiyyədə Aşura müsibətinin reallıqlarını çatdırmaq Həzrət Əli Əsğərin (ə) şəhid olması mövzusu ilə başlayıb və keçirildiyi bu illər ərzində insanlar tərəfindən çox yüksək rəğbətlə qarşılanıb.

Artıq 20 ilə yaxındır ki, bu mərasim İranla yanaşı dünyanın 41 ölkəsində o cümlədən Azərbaycan, Britaniya, Rusiya, Almaniya, Filipin, İndoneziya, Yəmən, Tacikistan, Miyanmar, Senqapur, Ukrayna, Kəşmir, Livan, Banqladeş, Malazya, Tayland , Türkiyə, İraq və digər ölkələrdə keçirilir.


“İmam Hüseynin (ə) südəmər körpələri” mərasimi keçirilib - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Dünən yol qəzalarında 3 nəfər ölüb
    Ötən gün Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.
     17.08.2022
    Magistratura üzrə boş yerlərə əlavə yerləşdirməyə start verilir
    Bu gün saat 12:00-da ali təhsil pilləsinin magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə əlavə yerləşdirmə prosesinə start veriləcək.
     17.08.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ