İlham Əliyev Koreya prezidentinə başsağlığı verdi

İlham Əliyev Koreya prezidentinə başsağlığı verdi
Yayınlanma tarixi: 30.10.2022 15:36:05

Prezident İlham Əliyev Koreya Respublikasının Prezidenti Yun Sok Yola başsağlığı verib.

İslamazeri.com-un məlumatına görə, başsağlığı məktubunda bildirilir:

"Hörmətli cənab Prezident,

Seul şəhərində yaranmış izdiham nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Koreya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm"

GÜNÜN MANŞETLERİ