Hindistanın baş naziri Narendra Modi ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
Hindistanın baş naziri Narendra Modi ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
İslamazeri.com Mehr-ə istinadən xəbər verir ki, Hindistan Xarici İşlər Nazirliyinin bəyanatına görə, liderlər qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və Ukraynada davam edən münaqişə ilə bağlı fikir mübadiləsi aparıblar.
Modi Ukraynadakı döyüşləri dərhal dayandırmağa çağırışını təkrarlayıb.
Hindistanın hər cür sülh səylərini dəstəklədiyini vurğulayan Modi, Ukraynadakı münaqişədən zərər çəkmiş insanlara humanitar yardım göstərməyə davam edəcəyini bildirib.
Həmçinin görüş zamanı Hindistanın G20 sədrliyi və Ukraynanın müharibəyə son qoymaq üçün 10 bənddən ibarət olan “Ukrayna Formula” adlı sülh formulu müzakirə edilib.