Həzrət Adəmdən (ə) öncəkilər və sonrakılar

Həzrət Adəmdən (ə) öncəkilər və sonrakılar
Yayınlanma tarixi: 12.01.2023 13:03:24

İslamazeri.com-un "Din" rubrikasından...

Dindar və ya qeyri-dindarlığından asılı olmayaraq, insanları daim bu dünyaya necə gəldikləri, əcdadlarının kim olması sualları çox maraqlandırıb. Səmavi dinlərin ardıcılları bu məsələdə müasir dünyamızın ilk insanının Hz.Adəm (ə) olmasında yekdildilər. Bununla belə bir sıra suallar var ki, cavablarının oxucularımız üçün maraqlı olacağına əminik. Beləliklə, Hz.Adəmdən (ə) öncədən də insanlar olubmu? İlk insanların indiki insanlarla müqayisədə daha cüssəli olmaları iddiası düzgündürmü? Onlar bizimlə müqayisədə daha uzun ömür sürüblərmi? Əgər bu doğrudursa, bəs nə üçün bizim həyatımız əhəmiyyətli dərəcədə qısalıb? Suallarımızı ilahiyyatçı Bəhruz Camala ünvanladıq. Suallara verilən cavabların dolğun və əhatəli olmasını nəzərə alaraq, islam.az ilahiyyatçının cavablarını oxuculara hissə-hissə təqdim edəcək.

Qaynaqlarda Hz. Adəmdən (ə) öncə yaradılışın və insanların olmasına dəlalət edən müxtlif hədislər mövcuddur.

İmam Sadiq (ə) buyurmuşdur: “Bəlkə də sizlər Allah-taalanın sizdən öncə bəşərin yaratmadığını güman edirsiz. Lakin xeyir, belə deyildir. Bəlkə min-min insanlar yaratmışdır ki, siz onların axırıncı nəslisiniz.” (Kitabut-tövhid, c/1, səh/277.)

Həmçinin İmam Baqir (ə) buyurmuşdur: “Allah-taala yer üzünü yaratdığı gündən önun üzərində yeddi aləm yaratdı (və sonra məhv etdi) və o aləmlərdən heç biri bəşərin atası Adəmin nəslindən olmamışlar. Allah onları yaratmış sonra da onların ardınca digər nəsilləri xəlq etmişdir və onların hərəsi üçün aləm ardınca bir aləm yaratmışdır. Nəhayət Hz. Adəmi (ə) xəlq etmiş və ondan da onun nəslini yaratmışdır...” (Xisal, c/2, səh/652, hədis/54, Biharül-ənvar, c/63, səh/82-83).

Həmçinin bəzi təfsirçilər aşağıda qeyd edəcəyimiz ayə barədə demişlər ki, mələklərin Allahdan insan yaradacağı barədə sual etmələri onların yer üzünün əvvəlki sakinləri barədə məlumatlı olduqları ehtimalını qüvvətləndirir.

قالُوا أَ تَجْعَلُ فیها مَنْ یُفْسِدُ فیها وَ یَسْفِكُ الدِّماءَ

“(Mələklər) dedilər: “Orada fəsad törədəcək və qanlar tökəcək bir kəsimi yaradırsan?!” (Bəqərə surəsi, ayə/30).

“Numunə” adlı təfsir kitabında oxuyururq: “Bəzi təfsirçilər mələklərin Allahdan belə bir sual soruşmasından Adəmin (ə) yer üzərindəki ilk insan olmadığı qənaətinə gəlmişlər. Ondan əvvəl də insalnlar olmuşdur ki, sonradan qan tökərək fəsad tərətmişlər. Həmin insanların belə bir qara və mənfi keçmişi mələklərin Adəmin (ə) nəsli barədə də bədgüman olmalarına səbəb olub...” (Nümünə təfsiri, c/1, səh/147).

Buna görə də dini qaynaqları araşdırdıqda Hz. Adəmdən (ə) öncə yer üzərində insanların yaşadığı öz təsdiqini tapmış bir məsələlərdəndir. Lakin onların həyatlarının incəlikləri barədə dəqiq məlumatımız yoxdur, çünki bu məlumatlar qeybə aid məsələlərdən biridir. Onların yaşayışları və aqibətləri barədə hər bir məsələni cüziyyatına kimi araşdıra bilmərik. Buna görə də hədislərdə və dini qaynaqlarda qeyd olunan qədəri ilə kifayətlənməliyik. Hədislərdə onlar barədə verilən məlumatlardan biri də Hz. Adəmdən (ə) öncəki yaradılış “Nasnas” deyə yad edilməkdədir ki, Adəmin (ə) yaradılışından öncə məhv olmuşlar.

Hz. Əli (ə) buyurmuşdur: “Allah-tala cinlər və nasnasların yaradılışından yeddi min il sonra  öz qüdrət əli ilə yer üzəridə insan yaratmaq istədi. Həmin an Allah-talla asimandan pərdələri çəkdi və mələklərə dedi: “Yer üzərinə baxın və onun cin və insanlardan olan əhlinə tamaşa edin.” Mələklər baxdıqda onların günah əməllərini gördülər və buna dözmək onlar üçün çətin olduğundan dedilər: “İlahi! Sən qadir və əzizsən, onlarsa sənin zəif məxluqlarındır. Sənin ruzinlə yaşamalarına baxmayaraq sənə itaət etmirlər və günah edirlər. Sən isə onlardan intiqam almırsan.” Allah-taala mələklərin bu sözləlrini duyduqda buyurdu: “Mən yer üzərində mənin bələdçim və höccətim olacaq bir canişin yaratmaq istəyirəm.” Mələklər dedilər: “Sən cinlərin törətdikləri kimi yer üzərində fitnə-fəsad törədib qan tökəcək varlıqları yaratmayacaq qədər pak və təmizsən. Sən bu canişini bizlərdən təyin et. Çünki bizlər sənə daim itaət etmiş, sənə təsbih söyləyərək əmrlərindən çıxmamışıq.” Allah-taala buyurdu: “Mən bildiklərimi sizlər bilmirsiniz. Öz qüdrətimlə bir məxluq yaratmaq  və onun nəslindən hidayət olmuş peyğəmbərlər, saleh bəndələr və imamlar təyin etmək istəyirəm. Onları yer üzərindəki məxluqatım üzərində Özümün canişini və xəlifəsi təyin etmək, yer üzünü nasnaslardan çirkinlik və fəsadlarından təmizləmək və üsyankar cinləri isə yer üzərindən köçürərək hava və yerin dərinliklərində məskunlaşdırıb, onlarla məxluqatım arasında pərdə çəkmək istəyirəm.” (İləlüş-şərayi, c/1, səh/105).

Diqqət olunası məqam budur ki, müasir insanlar Hz. Adəmin (ə) nəslindəndir və əvvəlki insan nəsilləri ilə heç bir əlaqə və aidiyyatları yoxdur. Bu məsələni Quran ayələrinin zahirindən də əldə etmək mümkündür. Belə ki, insanlardan söhbət açdığı bir çox yerdə “bəni-Adəm” yəni “Adəm övladları” ifadəsindən istifadə olunur.

Həmçinin Hz. Adəmin də əvvəlki insanlarla əlaqəsi olmaması, ayrıca və müstəqli bir məxluq olaraq xəlq olunması da aşkar və aydın bir məsələdir. Belə ki, aşağıda qeyd edəcəyimiz ayə Hz. Adəmin (ə) atasız olduğunu və torpaqdan xəlq olunduğunu aşkar şəkildə bəyan edir:

إِنَّ مَثَلَ عیسى‏ عِنْدَ اللَّهِ كَمَثَلِ آدَمَ خَلَقَهُ مِنْ تُرابٍ ثُمَّ قالَ لَهُ كُنْ فَیَكُونُ

Həqiqətən, Allah yanında İsanın (ə) hekayəti, (yaradılışının necəliyi baxımından) Adəmin (ə) hekayəti kimidir. Allah onu torpaqdan yaratdı, sonra ona "(canlı insan) ol!" dedi, o da oldu. (Al-İmran surəsi, ayə/59).

Nəticə olaraq bunu qeyd edək ki, insanların xəlq olunması barədə aşağıdakı nəzərlər mövcuddur:

1. Hz. Adəm (ə) xəlq olunmamışdan öncə insan və ya insananbənzər hər hansısa bir məxluq mövcud olmamışdır. Hz. Adəm (ə) bir dəfəyə və müstəqli surətdə xəlq edilmişdir.

2. Hz. Adəm (ə) xəlq olunmamışdan öncə insana və cinlərə bənzər məxluqlar mövzud olmuşlar. Sonradan ya məhv olmuş ya da hələ bu günə qədər də mövcuddurlar.

3. Hz. Adəm (ə) xəlq olunmamışdan öncə insanlar mövud idi, lakin onlar təkamülə çatmamış insanlar idilər. Sonradan hər hansısa bir səbəbə görə məhv olmuş və aradan getmişlər. Adəmin də (ə) onlara heç bir aidiyytaı yoxdur və müstəqil surətdə xəlq edilmişdir.

İnsan barədə söhbət açan ayələri və bu barədə nəql olunan hədisləri kompleks şəkildə araşdırdıqda sonuncu nəzərin üstündə dayanmaq daha məqsədə uyğundur. Bu məna da ki, Hz. Adəmdən öncə təkmilləşməmiş insanlar mövcud idilər və onların Hz. Adəmə və onların nəslinə heç bir aidiyyatları yoxdur. Bu insanlar heyvan surətində də deyildilər və təkcə instinktlərə əsaslanan həyat tərzi də sürmürdülər. Lakin bu günki insanlar kimi omayıblar. Bu insanların nəsli bizə məlum olmayan səbəblərə görə kəsilmişdir. Ondan sonra Allah-tala özünəməxsus səciyyəvi xüsusiyyətlərə malik olan insanı, yəni Adəmi (ə) yaratdı.

GÜNÜN MANŞETLERİ