Həbsdə olan şəxsin evində silah tapılıb

Həbsdə olan şəxsin evində silah tapılıb
Yayınlanma tarixi: 16.11.2022 10:56:33

Həbsdə olan şəxsin evində silah aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "İslamazeri.com"a verilən xəbərə görə, nazirliyin Baş Cinayət Axtarışı İdarəsi, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Baki İstintaq Təcridxanasında cəza çəkən Mağtağa qəsəbə sakini Vüqar Quliyevin qəsəbə ərazisində torpağa basdırdığı nömrəsi silinmiş “TOZ-8” markalı tüfəng və 6 ədəd patron aşkar edilərək götürülüb.

GÜNÜN MANŞETLERİ