Halloween "şənliyi" 100-dən çox insanın həyatına son qoydu - VİDEO

Halloween
Yayınlanma tarixi: 30.10.2022 10:20:43

Ölənlər arasında xarici ölkə vətəndaşları da var.

İslamazeri.com xəbər verir ki, Seulun mərkəzi rayonlarından olan Yonqsanın əsas küçələrindən olan İtavonda oktyabrın 29-da axşam saatlarında təxminən 100 min nəfərin iştirak etdiyi "Halloween" şənliklərində izdiham yaranıb.
Ölüm hallarına əsasən nəfəs çatışmazlığı səbəb olub. Hadisə barədə məlumat alan Cənubi Koreya Prezidenti Yun Sok Yol təcili ofisinə gəlib və müvafiq qurumların rəhbərləri ilə fövqəladə iclas keçirib. Hazırda qeyd olunur ki, ölənlərin sayı 140-a yüksəlib. Ölənlər arasında xarici ölkə vətəndaşları da var.
Cənubi Koreya prezidenti Yoon Sok Yöl Seulun mərkəzində baş verən izdihamla bağlı milli matəm elan edib. 

GÜNÜN MANŞETLERİ