Hacı Şahinin ölüm səbəbi açıqlandı

Hacı Şahinin ölüm səbəbi açıqlandı
Yayınlanma tarixi: 2.03.2023 10:15:58

Bu barədə TƏBİB-dən məlumat verilib.

TƏBİB Hacı Şahin Həsənlinin ölüm səbəbini açıqlayıb.

TƏBİB-dən "İslamazeri.com"a verilən xəbərə görə, 1974-cü il təvəllüdlü Hacı Şahin Həsənlinin səhhətində yaranan narahatlıqla bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 02.03.2023-cü il tarixində saat 05:30 radələrində çağırış daxil olub.

Saat 05:43 radələrində təcili tibbi yardım briqadası ünvana çatıb. Ürək tutmasından həkiməqədər ölüm qeydə alınıb.

Qeyd edək ki, ailəsinin bildirdiyinə görə, Şahin Həsənli 01.03.2023-cü il tarixində özəl tibb müəssisələrdən birinə müraciət edib və müayinələrdən keçib.

GÜNÜN MANŞETLERİ