Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:16.09.2022 11:18:01

İlahiyyatçı Hacı Şahin Həsənli şəhadət anlayışının məhz İslam dinindən qaynaqlandığını diqqətə çatdırıb.

Son günlər şəhidlərin dəfn mərasimlərində dini şüarların səsləndirilməsi mövzusu gündəmə çevrilib. Bəziləri şəhidlərin yas mərasimlərində İmam Hüseynin (ə) adının səsləndirilməsinə etiraz edib.

İslamazeri.com xəbər verir ki, baş verənlərə ilahiyyatçı Hacı Şahin Həsənli münasibət bildirib.

Din xadiminin sözlərinə görə, Azərbaycanın bir sıra bölgələrində belə bir ənənə var ki, gənc insan vəfat edəndə İmam Hüseyn (ə) yad edilir. Bunun heç bir xarici dövlətlə də əlaqəsi yoxdur. O, həmçinin əlavə edib ki, şəhidin yasında İmam Hüseynin (ə) yad olunması şəhadət məqamının yüksəkliyinə işarə edir. Belə ki, Həzrət Hüseyn (ə) şəhidlər sərvəri və Peyğəmbər (s) nəvəsidir.

Din xadimi şəhadət anlayışının məhz İslam dinindən qaynaqlandığını də diqqətə çatdırıb. Elə bir İslam əqidəsi, elə bir müsəlman yoxdur ki, İmam Hüseynə (ə) hörmət etməsin.

Qeyd edək ki, sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədində genişmiqyaslı təxribat törədib. Nəticədə 71 hərbi qulluqçumuz şəhid olub.


Hacı Şahin Həsənli şəhid məclislərində İmam Hüseynin (ə) yad edilməsi barədə

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan manatının dövretmə sürəti azalıb
    Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.
     27.09.2022
    İşğal dövründə Yuxarı Gövhər Ağa məscidinə edilmiş müdaxilələr aradan qaldırılıb
    Bərpa işlərinin 2023-cü ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.
     27.09.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ