Gürcüstan və Ermənistan əlaqələrinin davamlı inkişafı haqqında razılığa gəldilər

Gürcüstan və Ermənistan əlaqələrinin davamlı inkişafı haqqında razılığa gəldilər
Yayınlanma tarixi: 17.11.2022 13:32:34

Gürcüstanın baş naziri İrakli Qaribaşvili və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.

İslamazeri.com Gürcüstan mediasına istinadən xəbər verir ki, Gürcüstanın baş nazirinin mətbuat xidmətinin məlumatında tərəflərin ikitərəfli əməkdaşlıq və regional əhəmiyyətli məsələləri müzakirə etdikləri deyilir.

Bu kontekstdə Cənubi Qafqazda vəziyyətin yaxşılaşdırılmasının və bu istiqamətdə müvafiq addımların atılmasının vacibliyi vurğulanıb.

“İrakli Qaribaşvili və Nikol Paşinyan Gürcüstan və Ermənistan arasında ticarət-iqtisadi əlaqələrin davamlı inkişafının zəruriliyini vurğulayıblar və 2023-cü ilin əvvəlində Yerevanda Gürcüstan-Ermənistan idarələrarası komissiyasının iclasının keçirilməsi barədə razılığa gəliblər” -deyə Gürcüstanın baş nazirinin mətbuat xidmətinin məlumatında deyilir.

GÜNÜN MANŞETLERİ