Gürcüstan məscidlərində bayram namazı qılnıb - FOTOLAR

Gürcüstan məscidlərində bayram namazı qılnıb - FOTOLAR
Yayınlanma tarixi: 22.04.2023 18:15:42

Bu gün Ramazan bayramı ilə əlaqədar Gürcüstanın soydaşlarımız yaşayan regionlardakı məscidlərdə bayram namazı qılınıb.

İslamazeri.com xəbər verir ki, bu barədə Gürcüstan Müsəlmanlar İdarəsinin şeyxi Hacı Ramin İgidov özünün sosial şəbəkə profilində paylaşım edib.
O qeyd edib ki, Şida Kartli, Mtsexta Mtianeti, Kaxeti və Kvemo Kartli bölgələrinin rayon və kəndlərindəki məscidlərdə inanclı müsəlmanlar namaz qılıb, ölkə və dünyamız üşün dualar edib, Allahdan bağışlanmalarını diləyiblər.
Tbilisi Cümə Məscidi ilə yanaşı paytaxtın digər 3 məscidində də bayram namazı eyni vaxtda əda edilib.

GÜNÜN MANŞETLERİ