Bu barədə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən kosmik hava proqnozunda qeyd edilib.
Günəşin səthində 10 aktiv ləkə qrupu müşahidə olunur.
İslamazeri.com xəbər verir ki, bu barədə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən kosmik hava proqnozunda qeyd edilib.
Bildirilib ki, aktiv ləkələrin sayı 140-dır.
Qeyd edilib ki, hesabat dövründə Günəş küləyinin parametrləri normal səviyyədə olub. Günəş küləyinin sürəti 390.8 km/san olub.
Vurğulanıb ki, geomaqnit sahə son 3 sutka ərzində sakit-aktiv səviyyələr arasında olub. Hal-hazırda geomaqnit sahə sakitdir.
16-18 fevralda Günəşdəki aktivliyin artacağı gözlənilir.