Gündüz İsmayılov: Qadınlar din xadimi deyil

Gündüz İsmayılov: Qadınlar din xadimi deyil
Yayınlanma tarixi: 16.02.2023 11:06:38

"Qadınlar din xadimi deyil. Qadınlar üçün vəzifənin adı dini ayinlərin icraçısıdır".

Məscid və ziyarətgahlarda din xadimlərinin təyinatı ilə bağlı müsahibələr keçirilir. Bu il din 44 vakansiya çıxarılıb.

İslamazeri.com xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

Onun sözlərinə görə, onlardan 7-si qadınlar üçündür:

“Qadınlar din xadimi deyil. Qadınlar üçün vəzifənin adı dini ayinlərin icraçısıdır. Ümumiyyətlə məscid və ziyarətdahlarda 3 vəzifə müəyyənləşdirilib. Birincisi, imamdır, ikincisi, imam müavini, üçüncüsü, dini ayinlərin icraçısıdır. Bir də qadın dini ayinlərin icraçısı var. Qadınlar məscidlərdə imamların tapşırığına əsasən sırf qadınlara yönəlik fəaliyyətlə məşğul olurlar”.

Sədr müavini deyib ki, Bakı, Sumqayıt, Lənkəran, Şəki, Quba, Zaqatala və Gəncədəki məscidlər üçün qadın dini ayinlərin icraçısı vəzifəsi üzrə müsahibələr fevralın 13-dən 15-nə qədər davam edib:

"Qadınların müsahibəsində 44 vakansiya üzrə 71 namizəd iştirak edib, onlardan 16-sı müsahibədən uğurla keçib. Qaydalara uyğun olaraq müsahibə bitdikdən sonra 30 iş günü ərzində təyinat alacaqlar".

GÜNÜN MANŞETLERİ