Güclü külək olacaq - XƏBƏRDARLIQ

Güclü külək olacaq - XƏBƏRDARLIQ
Yayınlanma tarixi: 20.02.2023 17:39:59

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Ölkə ərazisində küləkli hava şəraiti gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "İslamazeri.com"a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında fevralın 20-si axşamdan 21-i gündüzədək şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s, 22-də 15-18 m/s, arabir 20-25 m/s cənub küləyi ilə əvəz olunacaq.

Azərbaycanın rayonlarında fevralın 20-24-də qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcək.

GÜNÜN MANŞETLERİ