Göygöldə silah-sursat tapılıb

Göygöldə silah-sursat tapılıb
Yayınlanma tarixi: 24.10.2022 11:52:34

Göygöl rayonunda silah-sursat tapılıb.

İslamazeri.com xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Göygöl Rayon Polis Şöbəsinə rayonun Hacıməlik qəsəbəsi yaxınlığındakı ərazidə silah-sursat olması barədə məlumat daxil olub.

Dərhal RPŞ-nin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirliblər. Araşdırmalar zamanı oradan 1 ədəd “AKM” markalı avtomat və onun hissələri, 4 ədəd həmin avtomata aid daraq və 100 ədəd 7.62 mm-lik patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

GÜNÜN MANŞETLERİ