Gəncədə 93 yaşlı qadının sümüklərinin tapılması ilə bağlı araşdırma aparılır

Gəncədə 93 yaşlı qadının sümüklərinin tapılması ilə bağlı araşdırma aparılır
Yayınlanma tarixi: 7.11.2022 15:13:03

Gəncə şəhəri Dədə Qorqud küçəsində yaşadığı evdən meyiti aşkar olunanan 1929-cu il təvəllüdlü Gəncə şəhər sakini Yelifolida Strelkovanın uzun illər əvvəl vəfat etdiyi bildirilib.

İslamazeri.com xəbər verir ki, mənzildə tək yaşayan Y.Strelkovanın uzun illər ərzində yoxa çıxması, son günlərdə isə məhumun evindən aşağı mərtəbəyə su sızması qonşularda şübhə yaradıb.

İki gün əvvəl isə eyni binada yaşayan Təranə Əsgərovanın müraciəti əsasında hüquq-mühafizə orqanları mənzilə baxış keçirib. Baxış zamanı ev sahibi - Yelifolida Streklovanın sümükləri aşkar olunub. İddia olunur ki, qadın uzun illər əvvəl vəfat edib. Tapılan sümüklər Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə təhvil verilib.

GÜNÜN MANŞETLERİ